4bb08edb-06e4-49ce-87a5-b523ec7a85e7..jpg

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Baxış sayı: 555 dəfə baxılıb.

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB)
əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər
məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb.

Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və
36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son
bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də
saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source link