Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.
Faktla bağlı baş vermiş hadisənin təfərrüatı araşdırılır.