Sumqayıtda gözəllik salonuna getmək adı ilə evdən çıxan ana və qızı itkin
düşüblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərində ana və qızı 15 gündür itkin düşüblər.
“Report”un yerli bürosu məlumat verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü
Aysel Nizami qızı Rəcəbova və övladı Gülay Kamran qızı Rəcəbova noyabrın 1-də
gözəllik salonuna getmək adı ilə 4-cü mikrorayonda yaşadıqları evdən çıxıblar
və geri qayıtmayıblar.
Faktla bağlı polisə məlumat verilib.