e5ec943f-4ad9-4128-9d4d-c769e402d26a..jpg

Sumqayıtda idarənin anbarından oğurluq olub

Baxış sayı: 731 dəfə baxılıb.

Sumqayıtda idarənin anbarından oğurluq olub

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin
anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə
oğurlanması barədə polisə məlumat daxil olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri
nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov
və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link