Sumqayıtda iki uşaq anasını zorlayıb öldürən idmançı cəzalandırıldı – FOTO

Sumqayıtda iki uşaq anasını zorlayıb öldürən idmançı cəzalandırıldı – FOTO

Baxış sayı: 9. 670 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Fəttah Nuriyevin (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 149.1-ci (zorlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt şəhər polis idarəsi və şəhər prokurorluğunun əməkdaşları qadının boğularaq öldürüldüyünü müəyyən ediblər. İsti izlərlə şəhər sakini Fəttah Nuriyev tutulub.

İstintaqın gedişində məlum olub ki, Fəttah Nuriyev Sevda Bayramovaya hücum edərək, onunla zorla cinsi əlaqədə olub. Zorlama zamanı qadın qışqıraraq, insanları köməyə çağırıb.

Onun səsinin vətəndaşlar tərəfindən eşidilməməsi üçün Nuriyev qadının ağız və burnunu əli ilə bağlayıb. Buna görə qadın boğulmadan keçinib, qatil isə hadisə yerindən qaçıb. 

Bəzi mətbuat orqanları məlumat yayıblar ki, S.Bayramova Sumqayıtda, orta məktəblərdən birinin direktor müavinin gəlini olub. Mərhum ailəli və iki uşaq anası olub. Saxlanılan F.Nuriyev isə 3-cü mikrorayonda yaşayıb, bir uşaq atasıdır, idmanla məşğul olub.

Məhkəmənin hökmü ilə F.Nuriyev 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

.
www.ÇıxışYolu.Com