cb9e2361-b730-4016-8e6c-c78a33bd7e5d..jpg

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar söküləcək – FOTO

Baxış sayı: 448 dəfə baxılıb.

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar söküləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən
qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin
məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Agentlikdən verilən məlumata görə, tədbirdə tikinti şirkətlərinin
təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və
digər maraqlı tərəflər iştirak edib.

Görüşdə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən istismar müddətini
başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivində yerləşən 3 nömrəli və 2-ci
mkr. ərazisində yerləşən 13 nömrəli yataqxana binalarının söküntü layihələri,
Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın
tikintisi layihəsi və Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində
layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikinti
layihəsi üzrə yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr
aparılıb.

İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə
təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb
edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft
elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün
maraqlı tərəflərin fikirləri dinlənilib.

Agentlik rəsmiləri bildirib ki, layihələrə ekspertiza rəyi verilən zaman
ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud
yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.

Source link