Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Firuz Nəsiblinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il noyabrın 9-da Nuridə Həsənovanın, üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan olan meyiti, yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.
Hadisə yeri şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə olunub.
Məlum olub ki, öldürülən qadın Sumqayıtda, Mənzil İstismar Sahəsində (MİS) işləyib.
Ayın 16-da istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Firuz Nəsibli tutulub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.