Sumqayıtda kafedə çaypulu üstündə dava: Bakalı başında sındırdılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda kafedə insident olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov
küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri
zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər
müştəri R.R.-nın xoşuna gəlməyib.
O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib.
Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da
xəsarət yetirib.
R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində
Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində
istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə
zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya
zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin
nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.