f4e6f8a4-a5da-4cea-ad1d-ec16375a62b4..jpg

Sumqayıtda kafedə nöqsanlar aşkarlanıb

Baxış sayı: 578 dəfə baxılıb.

Sumqayıtda kafedə nöqsanlar aşkarlanıb

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

AQTA əməkdaşları Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 ünvanında fəaliyyət
göstərən fiziki şəxs Hüseynov Elçin Sovet oğluna məxsus “Nanə Pizza” kafesində
keçirdikləri planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ
hüquqi aktların tələblərinə əməl olunmadığını müəyyən ediblər.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, işçi
heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz
edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı
qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının
qanunvericiliyin tələblərinə cavab vermədiyi, temperatur rejiminə əməl
olunmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib
edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər
verilib.

Source link