81fe5bf9-bad9-4f21-b1eb-531e02edf199..jpg

Sumqayıtda keçirilən tədbirdə ölkəmizdə aparılan hərtərəfli köklü islahatlardan danışılıb – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

Sumqayıtda keçirilən tədbirdə ölkəmizdə aparılan hərtərəfli köklü
islahatlardan danışılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi Prokurorluq ulu öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri
davam etdirir.

Hərbi Prokurorluqdan verilən məlumata görə, Sumqayıt şəhərində şəhər
rəhbərliyi, ictimaiyyət nümayəndələrinin, o cümlədən şəhid ailələri və
qazilərin, eləcə də yüksəkrütbəli hərbi qulluqçuların iştirakı ilə keçirilən
tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri
düzülərək tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.

Tədbir ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz
uğrunda canından keçən qəhrəmanların əziz xatirələrinin bir dəqiqəlik sükutla
yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini –
Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar
Vəliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,
general-mayor, Vətən müharibəsi qəhrəmanı Kənan Seyidov və digərləri
müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt
sınaqlarından yüksək məharətlə çıxaran tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli
və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin
qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və
dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq
gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə
uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son
20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş
hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna
uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu
uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın dəstəyindən və xalqın həmrəyliyindən danışıblar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış
tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, həmin
dövrlərdə Baş Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o
cümlədən aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli
fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları
bölüşülüb.

Tədbirdən sonra, həmçinin şəhid ailələri və qazilərlə fikir mübadiləsi
aparılıb.

Source link