c697e88a-28c1-476f-ab16-e4df01d6fe20..jpg

Sumqayıtda kişi arvadını öldürdü

Baxış sayı: 820 dəfə baxılıb.

Sumqayıtda kişi arvadını öldürdü

Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində
yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə
dair məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı
zərərçəkmişin əri, 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici
alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Source link