Fevralın 24-də Sumqayıt şəhərində özünü hündürmərtəbəli binadan aşağı ataraq intihar edən kişinin şəxsiyyəti məlum olub.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Poladzadə Mehti Firudin oğludur.
24.02.2018 23:34
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.
Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.