Sumqayıtda 55 yaşlı kişi ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Sumqayıt şəhər polis idarəsindən ÇıxışYolu.Com-a daxil olan məlumata görə, aprelin 1-də Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu maşın vurub.
O, xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 4-də gecə dünyasını dəyişib.
Faktla bağlı şəhər Polis İdarəsi araşdırma aparır.
Yol qəzası qurbanının kitabxana direktoru olduğu bildirilir.