b176432d-f7be-491e-84d6-6100df0daf8a..jpg

Sumqayıtda kollecin yataqxanası yanır, bir neçə nəfər tüstüdən zəhərlənib – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 440 dəfə baxılıb.

Sumqayıtda kollecin yataqxanası yanır, bir neçə nəfər tüstüdən zəhərlənib –
YENİLƏNİR + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş
yanğın zamanı dörd nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Zərərçəkənlərə tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş
zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna
keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri
çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi
mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

00:41

“Yataqxanada 20-30 ailə yaşayırdı”.

Bu barədə Cixisyolu.com-ın hadisə yerində olan əməkdaşına ətrafdakı sakinlər məlumat
verib.

İlkin məlumata görə, iki mərtəbəli yataqxananın ikinci mərtəbəsinin böyük
hissəsi yanıb.

Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

Könül Cəfərli

00:25

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci
məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri
davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz
tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina
sakinlərinin təxliyəsi həyata keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev bildirib ki,
yataqxana tipli bu bina qazlaşmayıb:

“Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz
təchizatı müvəqqəti olaraq dayandırılıb. Hadisənin baş vermə səbəbini hüquq
mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik”.

17.01.2024, 23:58

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın
zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

“Report”un xəbərinə görə, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və
Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yataqxana binasında
baş verən yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

17.01.2024, 23:46

Sumqayıt Dövlət Texniki Kollecin binasında baş verən yanğınla bağlı açıqlama
verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat
yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci
məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat
daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və
Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

17.01.2024, 23:24

Sumqayıt Dövlət Texniki Kollecin binasında yanğın baş verib.

Cixisyolu.com xəbər verir ki, inzibati bina yataqxana kimi də fəalliyyət göstərir.
Belə ki, binanın üst mərtəbəsində tələbələrdən əlavə məcburi köçkünlər də orada
qalırlar.

Həmin görüntüləri təqdim edirik:

Source link