Sumqayıtda məktəbli qız özünü asdı

Sumqayıtda məktəbli qız özünü asdı

Baxış sayı: 3. 062 dəfə baxılıb.

Sumqayıtda məktəbli qız özünü asdı

Sumqayıt şəhərində məktəbli qız intihar edib.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb. 

Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə bir il bundan əvvəl atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib. 

Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməyi ilə ölümdən xilas edilib. 

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com