1292092b-6a29-444f-8b3d-87d7098e5626..jpg

Sumqayıtda meyit necə tapıldı? – VİDEO

Baxış sayı: 386 dəfə baxılıb.

Sumqayıtda meyit necə tapıldı? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda kişi meyiti tapılıb. Hadisə Corat bağları ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Teymur Məmmədovun meyiti yarımtikilidə aşkarlanıb. Meyit
aidiyyəti üzrə təhvil verilib.

Tüfeyli həyat tərzi keçirən Teymur Məmmədov uzun müddət bu yarımtikilidə
yaşayıb. Meyiti isə öncə məhəllədə yaşayan azyaşlılar görüblər. Daha sonra
qonşular polisə məlumat veriblər.

İlkin baxış zamanı məlum olub ki, Teymur Məmmədov bir müddət öncə dünyasını
dəyişib. Mərhum həm də içki aludəçisi olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Source link