dbb4d571-2e51-41ac-a39b-e45a65992808..jpg

Sumqayıtda obyektdə yanğın olub

Baxış sayı: 625 dəfə baxılıb.

Sumqayıtda obyektdə yanğın olub

Sumqayıtda obyektlərin birində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 200 kvadratmetr olan, bir dam altında tikilən,
birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 10 kvadratmetr olan
obyektin yanar konstruksiyaları, içərisində 4 ədəd soyuducu və əşyalar yanıb.

Digər obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link