8a628743-42a0-4d89-8a38-474c3e9539dd..jpg

Sumqayıtda ödəmə terminalından oğurluq olub

Baxış sayı: 1. 006 dəfə baxılıb.

Sumqayıtda ödəmə terminalından oğurluq olub

Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə
6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə
terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini
İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link