bd1d8b49-0eb1-49d5-80be-f9b094dd911b..jpg

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib – FOTO

Baxış sayı: 468 dəfə baxılıb.

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən
partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının
alınması istiqamətində birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tədbir zamanı Sumqayıt
şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər
şəhər sakini müəyyən olunaraq saxlanılıb.

Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə
təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

Source link