Sumqayıtda qətl törədən dörd nəfər saxlanıldı

Sumqayıtda qətl törədən dörd nəfər saxlanıldı

Baxış sayı: 2. 181 dəfə baxılıb.

Sumqayıtda qətl törədən dörd nəfər saxlanıldı

Avqustun 20-də Sumqayıt şəhər ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyin, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar BaxışovElşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. 

www.ÇıxışYolu.Com