Sumqayıtda qadın bacısını başından bıçaqladı
Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, şəhər sakini 62 yaşlı Kifayət Nurməmmədova ilə bacısı
48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə
sonda qanla nəticələnib. K.Nurməmmədova bacısını başından bıçaqlayıb.
A.Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı K.Nurməmmədova
saxlanılıb.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb,
araşdırma aparılır.