Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllədə bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
DİN-dən ÇıxışYolu.Com-a bildirilib ki, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gediblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib. Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M. Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyənləşib.
Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.