Sumqayıtda qonşular arasında dava intihara cəhdlə bitib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərində qonşular arasında dava intihara cəhdlə bitib
“Report” xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakinləri, 1980-cı il təvəllüdlü Ağamalıyeva Tünzalə
Piriş qızı ilə qonşusu, 1980-cı il təvəllüdlü Bayramova Aytəkin Mayıl qızı
arasına münaqişə baş verib.
Nəticədə Ağamalıyeva Tünzalə əsəbiləşib və yaşadıqları yataqxananın dəhlizində
qolunu şüşə parçası ilə kəsərək intihara cəhd edib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır