72466d41-1392-4389-be62-f64e49b30061..jpg

Sumqayıtda sahibsiz it problemi: “Vaksindən sonra daha çox hücum edirlər” – ŞİKAYƏT + FOTO

Baxış sayı: 754 dəfə baxılıb.

Sumqayıtda sahibsiz it problemi: “Vaksindən sonra daha çox hücum edirlər” –
ŞİKAYƏT + FOTO

Sumqayıt şəhər sakinləri sahibsiz itlərə görə təhlükə içərisində olduqlarını
iddia edirlər.

Bununla bağlı Cixisyolu.com-ın redaksiyasına şikayət ünvanlayan sakinlər Sumqayıt
şəhəri, 13-cü mikrorayon, 1 və 2 saylı binaların həyətinə toplaşan sahibsiz
itlərə görə sərbəst şəkildə hərəkət edə bilmədiklərini qeyd ediblər:

“Binaların həyətində ən azından 20-yə yaxın sahibsiz it var. Ən böyük
çətinliyimiz budur ki, azyaşlılar itlərin hücumundan qorxaraq sərbəst şəkildə
bağçaya, məktəbə gedə bilmir, həyətdə oynamağa düşmürlər. Dəfələrlə uşaqlar və
qocalar itlərin hücumuna məruz qalıblar. Məktəblərin açılmasına çox az bir
zaman qalıb. Hər birimiz indidən narahatıq”.

Sakinlər aidiyyəti qurumlara müraciətlərinin cavabsız qaldığını dilə
gətiriblər:

“Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, məsələyə baxmırlar. Bir
müddət vaksin adı altında itləri apardılar. Lakin sonradan yenə sayları artdı.
Hətta vaksinasiyadan sonra daha çox insanlara hücum etməyə başladılar”.

Source link