Sumqayıtda satıcı müdirini qətlə yetirib

Sumqayıtda satıcı müdirini qətlə yetirib

Baxış sayı: 1. 992 dəfə baxılıb.

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazisində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb. O ,Sumqayıt şəhər təcili tibbi yardım şöbəsinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.ÇıxışYolu.Com