ff285243-abdb-4b49-ba58-ee3c9e797625.webp

Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Baxış sayı: 43 dəfə baxılıb.

Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.

Bu barədə “Report”a Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə
qidalandıran 450 mm diametrli su kəmərində təmir-bərpa işləri ilə əlaqədar
olaraq, oktyabrın 28-də saat 9:00-dan 22:00-a qədər kəmərin su ilə təmin etdiyi
Qızılqum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu
mikrorayonda 72, 73, 74, 75 ünvanlarında suyun verilişinin dayandırılması
nəzərdə tutulub.

Source link