Sumqayıtda təhsil müəssisəsində qanunsuzluq: 200 min manatdan artıq mənimsəmə
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar
barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.
Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri
tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan
müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən
tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil
edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250
min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2
(külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
cinayət işi başlanaraq istintaq aparılır.