1a8b8e6f-9f04-49e2-879a-f58478c2b82b..jpg

Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 444 dəfə baxılıb.

Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb –
VİDEO

Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından
sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkən
Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın
qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsə
müraciət edib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı
barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi oradan uzaqlaşandan sonra
bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən
Rövşən Xələfov saxlanılıb. O ifadəsində bankomatların qarşısında dayanaraq
əsasən ahıl şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.

Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə
analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən
zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.


Source link