Sumqayıtda top mərmisi aşkar edilib – FOTO

Sumqayıtda top mərmisi aşkar edilib – FOTO

Baxış sayı: 2. 325 dəfə baxılıb.

ANAMA-ya Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ÇıxışYolu.Com  ANAMA-ya istinadən xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

www.ÇıxışYolu.Com