Sumqayıtda üç nəfər torpaq uçqunu altında qalıb, bir nəfər ölüb.
ÇıxışYolu.Com-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.
Hadisə nəticəsində üç nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, bir nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.