Sumqayıtda uşaq bağçası yaxınlığında iki qumbara tapılıb – FOTO

Sumqayıtda uşaq bağçası yaxınlığında iki qumbara tapılıb – FOTO

Baxış sayı: 3. 838 dəfə baxılıb.

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.

ÇıxışYolu.Com xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, nəticədə iki ədəd F-1 əl qumbarası aşkar olunub.

Qumbaralar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.ÇıxışYolu.Com