Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma
aparılır – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki
ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36
həftəlik döl aşkarlanıb.
Sumqayıt Tibb Mərkəzindən “Report”a məlumat verilib ki, hüquq-mühafizə
orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət
veriləcək.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
18:26
Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36
həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda
araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
17:34
Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb.
APA-nın xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə
aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin edilir.
Meyit ərazidən götürülərək təhvil verilib.