Sumqayıtda yolların təmirinə başlanılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı
təmir-tikinti işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki,
təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yeni yol
yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsaslı inşa
edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli yeni asfalt-beton
örtüyünün döşənməsi işləri icra olunacaq.
Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və
yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq,
küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla
müasir yol infrastrukturu yaradılacaq.