Sumqayıtda yük maşını VAZ-la toqquşdu, ölən var

Sumqayıtda yük maşını VAZ-la toqquşdu, ölən var

Baxış sayı: 3. 737 dəfə baxılıb.

Sumqayıtda yük maşını VAZ-la toqquşdu, ölən var

Sumqayıt şəhərində KamAZ markalı yük avtomobili VAZ markalı minik avtomobili ilə toqquşub.

ÇıxışYolu.Com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində daha üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılıb.   

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.