589be7d3-f390-428f-92ff-ec5f86c4e44b..jpg

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

Baxış sayı: 918 dəfə baxılıb.

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin
kəsişməsində baş verib.

Belə ki, “Mercedes” markalı 50-EH-724 dövlət nömrə nişanlı avtomobil yüksək
sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi “Opel” markalı 01-CE-467 dövlət qeydiyyat nişanlı avtomobildə olan
hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Source link