Sumqayıtdakı binada əlillər üçün pandus yoxdur – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda 1-ci qrup əlilliyi olan şəxs yaşadığı binadan həyətə düşməkdə
çətinlik çəkir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhər 12-ci mikrorayon, bina
738 B-dən gedir.
Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.
Keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin bu binasında
yaşayan 20 yaşlı 1-ci qrup əlilliyi olan Elşən Eyvazlı beş ildir pilləkənlərdən
düşüb-qalxan zaman əziyyət çəkir.
Elşənin nənəsi Nazlı Məhiyə aidiyyəti qurumlara müraciət etdiyini, lakin bunun
heç bir nəticə vermədiyini iddia edir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi
köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb.
Proses Dövlət Komitəsinə müraciət əsasında həyata keçirilir.
Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar
Nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır.
Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq
sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: