40de1eb8-a675-43a0-b1a9-a47e619db662..jpg

Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilib – FOTO

Baxış sayı: 662 dəfə baxılıb.

Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilib – FOTO

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt
şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti
tərəfindən insanların müvəqqəti yaşaması üçün hazırlanmış 22 ədəd modul tipli
konteyner evlərdən növbəti 4 ədədi, 175 min AZN dəyərində olan humanitar yardım
bu gün yola salınıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gün öncə 4 ədəd
modul tipli konteyner evlər və 230 min AZN dəyərində olan yardım göndərilib.
Qarşıdakı günlərdə də hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə
tutulan modul tipli konteyner evlər və 380 min manatlıq humanitar yardım yola
salınacaq. Modul tipli konteyner evlər boş deyil, humanitar yardımla
doldurularaq göndərilir.

Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında
fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün
xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım
toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq
bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru
ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş
məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Source link