“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov istefa verib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Premyer Liqanın son turunda doğma meydanda “Zirə” ilə qarşılaşan “kimyaçılar” 1:2 hesabı ilə məğlub olublar.
Bu nəticə ilə komanda mövsümü V pillədə başa vurub. Avrokubok şansını itirən komandanın çalışdırıcısı isə mətbuat konfransında istefa verdiyini bildirib.
O buna səbəb kimi klub rəhbərliyinin şərtlərini yerinə yetirməməsini göstərib.
Qeyd edək ki, Samir Abbasov 2015-ci ildən “Sumqayıt”da işləyirdi.