148f2b54-d2de-4688-9236-5fb786cbf73b..jpg

“Sumqayıt”ın baş məşqçisi: “Qələbə istəyi dadımıza çatdı”

Baxış sayı: 422 dəfə baxılıb.

“Sumqayıt”ın baş məşqçisi: “Qələbə istəyi dadımıza çatdı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə istəyi dadımıza çatdı”.

“Report” xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov
“Xəzri”ni 84:77 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının XVI
tur oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis matçın son periodunda sürətlərinin aşağı düşdüyünü etiraf edib:
“Uşaqlar çox yaxşı döyüşdülər. Onlara bu oyunun son şans olduğunu söyləmişdim.
Növbəti hədəf “Sabah”dır! Hərçənd dördüncü periodda bir qədər oyundan düşdük.
Xeyli səhvə yol verdik. Amil Həmzəyevin meydana çıxması da işimizi
çətinləşdirdi. Üstəlik, zədəli halda oynadı. Çox gənc kollektivik, komandanı
arxasınca aparan təcrübəli basketbolçumuz yoxdur”.

Teymur Hüseynov son turlardakı uğurlu nəticələr sayəsində artıq pley-offa
iddia etdiklərini bildirib: “Bəzi qarşılaşmalarda səhvlərimiz olmasaydı, artıq
pley-offda idik. O ki qaldı sonda taym-aut götürməyimizə, düzdür, bu, rəqibin
düşərgəsində narazılığa səbəb oldu. Amma mən əvvəlcədən bildirmişdim ki, top
bizdə olanda taym-aut götürəcəyik. NBA-da belə hallarda taym-autdan istifadə
edirlər. Hər şeyi bir kənara qoyaq, komandamız çempionatda ardıcıl 3 oyundur
qalib gəlir. Biz bunu bacarmalı idik”.

Qeyd edək ki, “Sumqayıt” 22 xalla yeddinci pillədə qərarlaşıb.

Source link