Azərbaycan Premyer Liqa klublarından olan “Sumqayıt” dörd futbolçu ilə yollarını ayırıb.
Bu barədə ÇıxışYolu.Com-a klubun idman direktoru Zamiq Hüseynov məlumat verib:
“Amil Yunanov, Tural Axundov, Kamal Mirzəyev və Elnur Abdullayevin komandadan ayrılması dəqiqləşib. Daha dörd futbolçunun müqaviləsi başa çatıb. Onlardan Bəxtiyar Həsənalızadə ilə bu gün yeni müqavilə bağlayacağıq”.
Klub rəsmisi boş qalmış baş məşqçi məsələsi barədə sualımıza da cavab verib:
“Hazırda boş qalmış azərbaycanlı məşqçilərdən bir neçəsi ilə danışıqlar aparılır. İstənilən məşqçi komandamızın yeni baş məşqçisi ola bilər. Bu məsələ bu həftə dəqiqləşəcək”.
Qeyd edək ki, “Sumqayıt” mövsümün son oyunundan sonra baş məşqçisiz qalıb. Əvvəlki baş məşqçi Samir Abbasov klubdan ayrıldığını bildirib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com