e854372f-539e-4ff5-b642-ca1cd29d36ce..jpg

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Baxış sayı: 517 dəfə baxılıb.

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək
istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb.

Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə
edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji
vəziyyətinin qiymətləndirilməsini asanlaşdırır.

Tailand Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn
Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə
hazırlanmış süni intellekt texnologiyası nazirliyin arxivindəki xəstələrlə
bağlı səs yazılarını təhlil edir və depressiya əlamətlərini, intihar
düşüncələrinə meyilliliyi aşkar edə bilir.

“AI DMIND” texnologiyası sınaq mərhələsində Tailandın təcrübəli psixiatrları
tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının
dəqiqliyi qənaətbəxş hesab edilib.

Mənbə: Haber Global

Source link