8385e675-98a9-426a-bb58-a54cd060c5b2..jpg

Süni intellekt maraqlı siyahı hazırladı: Atatürk sağ olsaydı, bu gün hansı mahnıları bəyənərdi?

Baxış sayı: 389 dəfə baxılıb.

Süni intellekt maraqlı siyahı hazırladı: Atatürk sağ olsaydı, bu gün hansı
mahnıları bəyənərdi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə “Şişecam” şirkəti cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal
Atatürklə bağlı xüsusi bir layihəyə imza atıb.

Şirkət süni intellekt vasitəsilə “Atatürkün ən çox bəyənəcəyi mahnılar”
siyahısını hazırlayıb.

Bununla bağlı şirkətdən məlumat verilib.

Məlumata görə, şirkət süni intellekt layihəsi üçün musiqi tədqiqatçısı Serhan
Bali, Boğaziçi Universitetinin professoru Cem Say, yaradıcı texnoloq Zeynep Nal
Sezer, süni intellekt rəssamı Bager Akbaydan ibarət xüsusi qrupla çalışıb.

Layihə çərçivəsində ilk olaraq bütün mənbələrdə Atatürkün sevdiyi mahnılar
kimi tanınan əsərlər süni intellektə tanıdılıb. Daha sonra süni intellekt bu
mahnıları not, diapazon, tərz, söz, temp, tezlik və s. baxımından təhlil edib.

Layihənin ikinci mərhələsində Atatürkün “Ən çox bəyənəcəyi” mahnılarını tapmaq
üçün yenə süni intellekt tərəfindən minlərlə gözəl mahnı araşdırılıb və onun
sevdiyi mahnılara bənzəyənlər sıralanıb.

“Şişecam” şirkəti bu layihənin Türkiyə Cümhuriyyətinin müstəqillik və
modernləşmə mübarizəsinin lideri Atatürkün musiqi zövqünün dərk edilməsinə
töhfə verdiyinə inanır.

Süni intellektin hazırladığı siyahıda Şebnem Ferah, Teoman, Zeki Müren, Semiha
Yankı, Moğollar, Melike Şahin kimi Türkiyənin tanınmış sənətçilərinin sürpriz
mahnıları yer alıb.

Mənbə: Haber Global

Source link