Süni intellektdən elmə möhtəşəm hədiyyə: Papirus üzərində 2000 il sirli qalan
mətni oxudu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tədqiqatçılar süni intellekt vasitəsilə Vezuvi vulkanının püskürməsi zamanı
yanmış 2000 illik papirusun gizli mətnini deşifrə edə biliblər.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə “Vesuvius Challenge”də dərc olunan
məqalədə bildirilib.
Məlumata görə, Yusef Nader, Lyuk Farritor və Culian Şilligerin rəhbərlik
etdiyi beynəlxalq tədqiqat qrupu kömür parçasına bənzəyən perqamenti əvvəlcə
rəqəmsal skan ediblər, sonra papirusu virtual olaraq açmaq və hərfləri müəyyən
etmək məqsədilə 3D xəritələmə və süni intellekt üsullarından istifadə olunub.
Deşifrə olunmuş mətn yunan filosofu Filodimin indiyə qədər görünməmiş
fikirlərini ortaya qoyur, onun Epikür fəlsəfə məktəbinə işıq salır.
Qeyd edilir ki, papirus 18-ci əsrdə bir fermer tərəfindən tapılıb. O, evi üçün
quyu qazarkən təsadüfən torpaq altında qalan Herkulanum antik şəhərinin Roma
dövrünə məxsus villasını üzə çıxarıb. Sonradan bunun kitabxana olduğu ortaya
çıxıb. Bildirilir ki, böyük papirus vərəqlərindən ibarət kitabxana vulkanik
dağıntıların istisi ilə kömür halına gələrək olduqca kövrəkləşsə də, hələ də
sağlam vəziyyətdə qalıb.