9aa85247-f302-4229-9727-258da5380ebc..jpg

Süni intellektdən “Maşa və Ayı” animasiyası ilə bağlı şokedici CAVAB – VİDEO

Baxış sayı: 441 dəfə baxılıb.

Süni intellektdən “Maşa və Ayı” animasiyası ilə bağlı şokedici CAVAB – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” virtual səs assistenti artıq
istifadəçilərə “Maşa və Ayı” cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın
ruhu olduğunu demir.

Bu barədə “Yandex” şirkətindən xəbər verilib.

Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndir və artıq məsələ həll olunub.

Qeyd edək ki, əvvəllər Maşanın niyə tək yaşadığını soruşduqda, “Alisa” cavab
verirdi ki, qızcığaz öldürülmüş uşağın ruhudur, buna görə də böyümür və onu
yalnız heyvanlar görə bilirlər. Valideynlər övladlarının itkisi ilə barışa
bilməyərək, evi boş qoyub gediblər. Maşa isə ayıya ona görə işgəncə verir ki,
qatili məhz odur.

Hazırda “Alisa”dan bu barədə soruşduqda üçüncü tərəf saytının versiyasını
deyir. Buna əsasən, Maşa “Evdə Tək” filmində olduğu kimi valideynləri
tərəfindən evdə unudulan uşaqdır.

Mənbə: RIA Novosti


Source link