UEFA Super Kuboku matçının 14-cü dəqiqəsində meydana daxil olmuş Ali Abdülselam Yılmaz haqqında qərar çıxarıldı.
ÇıxışYolu.Com xəbər verir ki, polisə ifadə verən “Dəlimi Nə?” “YouTube” kanalının sahibi bunları bildirib:
“Həyəcanlı idim, matçın 14-cü dəqiqəsində meydana tullandım. Meydanın ortasına qaçdım və qol sevincimi göstərdim. Sonra şimal istiqamətindəki tribunaya doğru qaçarkən təhlükəsizlik nümayəndələri məni tutdular. Dostlarım video çəkib, bundan xəbərim olmayıb”.
O, eləcə də Əmrə Durmuş, Cantuğ Özsoy, Furkan Yaman və Y.Y. adlı dostları “meydana icazəsiz girmək” və “meydana icazəsiz girməyə sövq etmək” maddələri ilə günahlandırılır. Onların işi ifadələri alındıqdan sonra polis nəzarəti və ölkədən kənara çıxma qadağası ilə məhkəməyə göndərilib. Məhkəmə isə bu beş nəfərin idman yarışlarını izləməsinə qadağa qoyulmasına dair qərar çıxarıb.
Qeyd edək ki, 26 yaşlı Ali Abdülselam Yılmaz bu hərəkətinə görə öz səhifəsində də Türkiyə xalqından üzr istəyib. O bildirib ki, kanoe millisinin üzvü kimi idmanda belə hərəkətin yolverilməz olduğunu bilir, həmin an özündən asılı olmayaraq belə edib.
Hazırda onun səhifəsinin 4 milyon yarıma yaxın izləyicisi var. Bu hərəkəti Türkiyə adına ləkə gətirdiyi üçün “YouTuber”in izləyicilərinin sayı azalıb.
Səbuhi Musayev