5f291961-044a-46b0-a897-d97583850e9e..jpg

Super Liqa klubuna keçən Renat Dadaşov: “Həyatımda yeni mərhələ başlayır”

Baxış sayı: 537 dəfə baxılıb.

Super Liqa klubuna keçən Renat Dadaşov: “Həyatımda yeni mərhələ başlayır”

İsveçrənin “Qrashoppers” klubundan icarə əsasında Türkiyə Super Liqa
təmsilçisi “Hatayspor”a keçən Azərbaycan millisinin üzvü Renat Dadaşov sabiq
komandası ilə vidalaşıb.

24 yaşlı hücumçu bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Kluba olan minnətdarlıq hissimi sözlə ifadə etmək asan deyil. “Həyatımda yeni
mərhələ başlayır. “Qrasshoppers”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən
yaxşısını arzulayıram”, – deyə R.Dadaşov yazıb.

Source link