836bf29a-a892-47e4-b7b9-b9935692e8e3..jpg

Super Liqanın üç klubu millimizin hücumçusunu transfer etmək istəyir

Baxış sayı: 525 dəfə baxılıb.

Super Liqanın üç klubu millimizin hücumçusunu transfer etmək istəyir

İsveçrənin “Qrasshoppers” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat
Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Qonşu ölkənin üç klubu 24 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bunlar Super
Liqa təmsilçiləri – “Qaziantep”, “Sivasspor” və “Konyaspor”dur.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshoppers”ə 2022-ci ilin yayında İngiltərə
“Vulverhempton”undan transfer olunub. Onun klubla müqaviləsi gələn ilin yayına
kimidir.

Mənbə: telgraf.net

Source link