Supermarketdə spirtli içkiləri sındıran şəxsin məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Yasamal rayonunda yerləşən supermarketlərin birində “haramdır” deyib
spirtli içkiləri sındırmaqda təqsirləndirilən İkram Hüseynovun barəsində olan
cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
APA xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Yasamal rayonu ərasizindəki
supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli
içkiləri sındıraraq ticarət obyektinə doqquz min manata yaxın ziyan vurub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində
başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov
saxlanılıb.
İkram Hüseynova Cinayət Məcəlləsinin 234.1.1-ci və 186.1-ci maddələri ilə
ittiham verilib.