Supermodel nüfuzlu tədbir üçün azərbaycanlı dizaynerin brendini seçdi –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyalı supermodel Haydi Klum “Qızıl Qlobus” mükafatlarının təqdimetmə
mərasimində ən cəlbedici qonaqlardan biri olub. O, bu mərasim üçün parıltılı
korsetli və şleyfli, önü yarıqlı qırmızı paltar seçib.
Cixisyolu.com-ın məlumatına görə, 50 yaşlı model bununla bağlı kadrları özünün sosial
şəbəkə hesabında paylaşıb.
Klum vurğulayıb ki, geyim təsisçisi azərbaycanlı modelyer Günel Babayeva olan
brenddəndir.
Qeyd edək ki, Klum tədbirə əri, Almaniyanın tanınmış musiqiçisi Tom Kaulitslə
qatılıb.