Süpürgəçini maşınla vurub öldürən məhkəmə qarşısında

Süpürgəçini maşınla vurub öldürən məhkəmə qarşısında

Baxış sayı: 2. 577 dəfə baxılıb.

Süpürgəçini maşınla vurub öldürən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Musayevin (1982-ci il təv.) CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bu il martın 27-də saat 18 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomaşınla paytaxt sakini Cəmilə Salahovanı vurub. 

Nəticədə yolun kənarında işləyən qadın hadisə yerində keçinib. 

Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi törədən sürücü, əvvəllər məhkum olunmuş Zaur Musayevi saxlayıblar.

Ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış ayın 19-na təyin edilib. 

www.ÇıxışYolu.Com